Gündəm

Yıxılana balta vuranlar….Fürsətdən istifadə edənlər heç vaxt sevinə bilməyəcəklər

Son günlər baş verən hadisələr müəyyən mətbu orqanların ,müxalifətin və təssüflənərək qeyd etmək istəyirəm ki,bir-iki millət vəkilinin də naməlum mövqeyini ortaya qoyur.
Müxalifətin əvvəldən işi budur ki,çaxnaşma yaratsın,bundan öz çıxarlarına məqsədli şəkildə istifadə etsin.Bəs ajataj yaradan ,sərbəst fəaliyyət göstərən mətbuat orqanları niyə belə edir?Məgər siz də bu ölkənin vətəndaşı deyilsizmi?Elektriklə bağlı baş verən hadisədə yaxşı olardı ki,insanların yanında olub,digər orqanlar kimi birlik nümayiş etdirəsiniz.Yaxud deputatın biri çıxış edib Azərenerjini qınayır,insanlar arasında işin məqsədli olması kimi bir fikir yaradaraq çaşqınlıq yaradır.Həmin millət vəkili yaxşı olardı ki,siz metroda və digər insaların kütləvi yerlərində xalqın içində olub insanlara dəstək olasınız.Yaxud digər məqam ,Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyeva qarşı törədilən suiqəst.Dünənə kimi bir xəbərdən ötrü qarşısını kəsən müxbirlər,indi necə vicdanınız yol verir ki,dezinformasiya yaradıb,hərəniz bir şaiyə yazırsız və bunun sonunu terrorla bağlayıb ölkədə çaxnaşma yaratmağa çalışırsız.Niyə unudursuz ki,sizə bu sərbəstliyi,bu demokratik fikir azadlığını stabil müasir Azərbaycan Respublikası verib?.Digər millət vəkili baş vermiş suiqəst olayından məyusluğunu ifadə etməkdənsə, deyir İcra başçısı xalqın içində olmalıdır.Onun muhafizəyə nə ehtiyacı var və s.Əvvala o xalqın içindədi ki,baş verən hadisəni də sərbəstiklə törədiblər.İkincisi hörmətli Vəkil,yıxılana balta vurmazlar,unutmayın ki,sizli,bizli hər birimizi bu dövlətə,xalqa xidmət edirik.Məqsədimiz birdir,ölkəmizin suverenliyinə,Cənab Prezidentimizin yürütdüyü siyasətə uyğun olara xalqımıza xidmət edirik.Yosa didişmək,üzdəniraqların dilinə dil vermək deyil.Bunu edən hər kəs kimliyindən və vəzifəsindən asılı olmayaraq demək ki,hələ bu dövlətə,vətəndaşlığın məsuliyyətinə varmayaraq özünə yer tapmayıb.Nə yaxşı ki,dəyərli ziyalılarımız və müdrik xalqımız var.Allah qorusun.

Əli Quliyev

Comment here