ManşetMANŞETÜSTÜ

Yevlaxda yaşayan məcburi köckün DİN Cənab Ramil Usubova təşəkkür etdi

Mən Yevlaxda məskunlaşmış Cəbrayıl qaçqınıyam. Sağ olsun dövlətimizin başçısını. Biz qaçqınlara vətən nisgilimizi,yurd həsrətimizi yüngülləşdirmək üçün diqqət və qayğısını əsrigəmir. Mövcud sosial və maddi şəraitimiz isə həyat tərzimizi günbəgün yaxşılaşdırmağa imkan verir. Hətta bu yaxınlarda şəxsi minik avtomobili də almışıq. Həmin maşını sənədləşdirmək, dövlət nömrə nişanı almaq, texniki baxışdan keçirmək məqsədi ilə Yevlaxdakı 7 saylı regional imtahan qeydiyyat texniki baxış şöbəsinə getdik. Həmin gün oğlum da sürücülük vəsiqəsi almaq üçün imtahan verməli idi. Yeni inşa olunmuş və ən müasir texniki avadanlıqlarla komplektləşdirilmiş şöbədə vətəndaşların hər birinin müraciəti şöbənin əməkdaşları tərəfindən diqqətlə dinlənilir, tapşırıq, tövsiyə və məsləhət verilir, icrası üçün xidmət bölmələrinə göndərilirdi. . Həmin gün biz də digər vətəndaşlar kimi vaxt itirmədən? rahat şəkildə şöbə əməkdaşlarının nümunəvi xidmətindən faydalandıq. Oğlum da uğurla imtahan verib sürücülük vəsiqəsi aldı. Mən müstəqil Azərbaycanımızın bir vətəndaşı kimi Yevlax şəhərindəki 7 saylı Regional imtahan qeydiyyat texniki baxış şöbəsinin əməkdaşlarının vətəndaşlara göstərdiyi nümunvi xidmətə görə Azərbaycan Respubliksının Daxili İşlər naziri general-polkovnik ramil Usubova minnətdarlığımı bildirirəm. İnsanlara bü cür nümunəvi və yüksək səviyyəli xidmət göstərmək mühiti məhz Dövlət başçısına, dövlətimizə sədaqətlə xidmət etmək amalından qaynaqlanır. Yevlaxda yaşayan Cəbrayıl qaçqını Quliyev Təvəkkül Əsgər oğlu.

Paylaş:Fakttv.com

Comment here