GündəmMANŞETÜSTÜ

Yevlaxda vətəndaşların səyyari qəbulu keçirildi (FOTOLAR)

Yevlaxda vətəndaşların səyyari qəbulu keçirildi.

Fakttv.com xəbər verir ki,Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov vətəndaşlarla növbəti səyyari qəbul keçirib Qəbul Yevlax rayonu Səmədabad kənd sakinləri ilə keçirilmişdir. Görüşdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, Hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər
Qəbulda kənd sakinləri rayonda və eləcə də kəndlərində geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmasından kənd arası yolların asvaltlanmasından böyük razılıq hissi ilə danışdılar. Kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.

Kənd sakinləri onları narahat edən bəzi məsəslələrlə də əlaqədar müraciət etdilər. Səbədabad kənd orta məktəbinin əsaslı təmir olunması əkin sahələri ərazisində yerləşən drenaj kollektorların təmizlənməsi kimi məslələr adiyyəti təşkilatlarlar tərəfindən nəzarətə götürüldü. İcra başçısı tərəfindən aidiyyəti qrumlara bu istiqamətdə müvafiq işlərin görülməsi üçün tapşırıqlar verildi.
Sonda İcra Hakimiyyətinin başçısı Qoca Səmədov çıxış edərək kənd sakinlərinə səmimi görüş üçün minnətdarlığını bildirdi. İcra başısı qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün Səmədabad kəndi bir çox infrastrukurlarla təmin olunub, rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir. Bütün bunlar möhtərəm cənab Prezidentin vətəndaşalara qayğı və diqqətinin təzahürüdür.

 

 

Fakttv.com

Comment here