Hadisə

Yevlaxda sərnişin avtobusu belə yandı – Video

Yevlaxda sərnişin avtobusu yanıb.

Huquqaz.com xəbər verir ki, hadisə rayonun Aşağı Qarxun kəndindən keçən hissəsində baş verib.

Paytaxtdan Mingəçevirə hərəkət edən içi sərnişin dolu avtobus qəfildən alovlanıb. Alovu söndürmək mümkün olmadığından hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Alovu ram etmək mümkün olub. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmasa da, bir neçə sərnişin həyəcan keçirib.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

     

       

        Comment here