ManşetMANŞETÜSTÜ

Yevlaxda ağır qəza: ölən və yaralananlar var

Yevlaxda ağır qəza: ölən və yaralananlar var

Yevlaxda ağır qəza: ölən və yaralananlar var

Yevlax şəhərində “Ford Transit” markalı avtomobilin “KamAZ”a çırpılması nəticəsində ölən və yaralananların şəxsiyyətləri məlum olub.

“Report”un məlumatına görə, gecə saatlarında baş vermiş hadisə zamanı ağır xəsarət alan Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Emin İlham oğlu Mirzəyev xəstəxanaya aparılarkən yolda ölüb.

Daha iki nəfər – Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Əlverdiyev Orxan Elfan oğlu və onun həmyaşıdı, Yasamal rayon sakini, Yüsibov İlkin Tofiq oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

* *  *

Yevlax rayonunda ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində “Ford Transit” markalı 01-BM-681 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq “KamAZ” markalı 09-BC-050 dövlət qeydiyyat nişanlı yük maşınına çırpılıb.

Nəticədə bir nəfər xəstəxanaya aparılarkən yolda ölüb, daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir. Hadisə zamanı zərərçəkənlərin hamısı “Ford Transit”də olublar.

Faktla bağlı araşdırma aparılır.

Comment here