CəmiyyətGündəmMANŞETÜSTÜ

Yevlax şəhərində Qurban bayramı münasibəti ilə tədbir keçirildi. (FOTOLAR)

 

Yevlax şəhərində Qurban bayramı münasibəti ilə tədbir keçirildi.

Müqəddəs Qurban bayramı hər il olduğu kimi bu il də Yevlax şəhərində yüksək səviyyədə qeyd olundu. Şəhər İcra Hakimiyyətinin Başcısı Qoca Səmədov hər bir Azərbaycan vətəndaşını müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etdi. Bayram münasibəti ilə Yevlax şəhər Cümə Məscidində bayram namazı qılındı. Mərasim iştirakçıları ölkəmizin sülh və əminamanlıq şəraitində olması və xalqımızın firavanlığı naminə dualar oxudular. Məlumat üçün bildirik ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə əvvəlcədən müəyyən edilmiş və Yevlax Baytarlıq idarəsinin xüsusi nəzarəti altında həyata keçirilən qurbanlıq üşün seçilmiş iri və xırda buynuzlu heyvanlar xüsusi baytar həkim briqadası tərəfindən müayinədən keçirilərək kəsim üçün hazırlanmışdır. Qurban ətləri tam şəriət qaydalarına uyğun kəsilib təmizləndikdən sonra. Müvafiq şəkilə qablaşdırılaraq vətəndaşalra çatdırılmışdır. Bu gün Qurban bayramı münasibəti ilə Yevlax şəhərində yaşayan sosial müdafiəyəyə ehtiyacı olan aztəminatlı ailələrə o cümlədən Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə ümumilikdə 1600-dən çox ailəyə qurban əti paylandı. Müvafiq dislokasiyada yerləşən Hərbi hissələrə Şəhər İcra Hakimiyyəti tərəfidən Qurban payları göndərildi. Vətəndaşlar ölkəmizdə bu cür ənənələrin davam etdirilməsinə və göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.

 

 

Fakttv.com Coşqun

Comment here