GündəmMANŞETÜSTÜ

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı  kənd sakinləri ilə görüş kecirdi(FOTOLAR)

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı  kənd sakinləri ilə görüş kecirdi.

Fakttv.com xəbər verir ki,bu gün Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov vətəndaşlarla növbəti səyyari qəbul keçirildi. Qəbul Yevlax rayonu Aşağı bucaq kənd sakinləri ilə keçirilmişdir. Görüşdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov ,Hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər Qəbulda kənd sakinləri rayonda və eləcə də kəndlərində geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmasından böyük razılıq hissi ilə danışdılar. Kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər. Vətəndaşlar onları narahat edən bəzi məsəslələrlə də əlaqədar müraciət etdilər. Aşagı kənd orta məktəbinin əsaslı təmir olunması, kənd arası yolların asvaltlanması kimi iri layihələrlə yanaşı kənd sakinlərinin fərdi qaydada ehtiyac duyduğu məslələr adiyyəti təşkilatlarlar tərəfindən nəzarətə götürüldü. İcra başçısı tərəfindən aidiyyəti qrumlara bu istiqamətdə müvafiq işlərin görülməsi üçün tapşırıqlar verildi. Fərdi müraciətlərin əksəriyyəti yerindəcə həll olundu Sonda İcra Hakimiyyətinin başçısı Qoca Səmədov çıxış edərək kənd sakinlərinə səmimi görüş üçün minnətdarlığını bildirdi. İcra başısı qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün Aşağı bucaq kəndi bir çox infrastrukurlarla təmin olunub, rayonumuzda da ümumilkdə durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir. Bütün bunlar möhtərəm cənab Prezidentin vətəndaşalara qayğı və diqqətinin təzahürüdür.

Comment here