ManşetMANŞETÜSTÜ

Xocalı faciəsinin tarixini səhv deyən rektorla bağlı universitetdən açıqlama

Xocalı faciəsinin tarixini səhv deyən rektorla bağlı universitetdən açıqlama

Xocalı faciəsinin tarixini səhv deyən rektorla bağlı universitetdən açıqlamaDünən mətbuatda yayılan məlumata görə, fevralın 23-də Azərbaycan Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbirində universitetin rektoru Səadət Əliyeva çıxışı zamanı faciənin tarixini yanlış deyib.
Məsələ ilə bağlı Sonxeber.az Azərbaycan Universitetin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışıb. Univeristetin mətbuat xidmətinin rəhbəri Lalə Dilanova Sonxeber.az-a açıqlamasında bildirib ki, həmin tədbirdə rektor Səadət Əliyeva Xocalı faciəsinin tarixini yanlış ifadə etməyib:

“Sadecə mətbuat xidməti pressrelizi yazarkən texniki səhvə yol verib, tarixi səhv yazıb. Bu mexaniki yanlışlıqdır”.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə Azərbaycan Universitetinin rektosu Səadət Əliyeva Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbirində çıxış edərək Xocalı faciəsinin yanvar ayının 26-dan 27-ə keçən gecə baş verdiyini deyib. Bu isə mətbuatda birmənalı qarşılanmayıb.

Aysel

Comment here