GündəmManşet

Xızıda silah anbarının ərazisində və ətrafda 112 partlamamış sursat və mərmi qalıqları aşkarlanıb – FOTO

Nazirlər Kabineti Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Agentlik, FHN və DIN tərəfindən keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə gündəlik operativ məlumat yayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, bu gün yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində ferma və Mülki Müdafiənin anbar ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 112 ədəd partlamamış hərbi sursat (PHS), 89 ədəd partlamış-yanmış mərmi qalıqları və 990 kq yandırma aşkar edilərək götürülüb.

Nəticə etibarilə 32 000 kv.m (3.20 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 29 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 10 ferma ərazisinə, 33 əkin sahəsinə, 11 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına,  1 telestudio ərazisinə, 2 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, Mülki Müdafiənin anbar ərazisinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib. 9 939 ədəd partlamamış hərbi sursat (PHS), 4 127 ədəd partlamış-yanmış sursat qalıqları və 16 284 kq yandırma aşkar edilərək götürülüb. Nəticə etibarilə 39 121 588 kv.m (3 912.16 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində           5983 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Comment here