ManşetMANŞETÜSTÜ

“Xalqımız İlham Əliyevin qələbəsinə ürəkdən sevinir” — 33 yaşlı professor

“Xalqımız İlham Əliyevin qələbəsinə ürəkdən sevinir” — 33 yaşlı professor

Fakttv.com Ölkə.aza istinadən xəbər verir ki,Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası rektorunun müşaviri, Yeni Azərbaycan Partiyası (YAP) Respublika Gənclər Birliyinin İdarə Heyətinin üzvü, 33 yaşlı professor Yusif Babanlı aprelin 11-də keçirilən prezident seçkilərində qələbə qazanması münasibətilə ölkə başçısı İlham Əliyevi təbrik edib.

Y.Babanlı “Ölkə.Az”a açıqlamasında bildirib ki, Azərbaycan xalqı İlham Əliyevi prezident seçməklə bir daha öz xoşbəxt gələcəyini təmin etmiş olub:

“Aprelin 11-də keçirilən prezident seçkiləri demokratik və şəffaf təşkilinə görə tarixə düşüb. Bunu Azərbayaca gələn xarici və beynəlxalq müşahidəçilər də söyləyir. Cənab İlham Əliyevin növbəti 7 ilə prezident seçilməsi Azərbaycan xalqının 7 il ərzində sabit və təhlükəsiz yaşamasını təmin edəcək. Xalqımız dəstək verib prezident seçdiyi cənab İlham Əliyevin qələbəsinə ürəkdən sevinir. Bundan sonra da Azərbaycan xalqı, o cümlədən ziyalıları, gəncləri və dimançıları prezident İlham Əliyevi dəstəkləyəcək. Çünki xalqımız ötən 15 ildə Azərbaycanda gedən inkişafı gördüyü və dərk etdiyi üçün cənab İlham Əliyevi növbəti dəfə prezident seçib. Mən cənab İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə gənclər və idmançılar adından təbrik edirəm, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm”.

 

Comment here