MANŞETÜSTÜ

Xaçmazın icra başçısı seçkidən sonra gedəcəyini açıqlayıb – Təfərrüat

Xaçmazın icra başçısı seçkidən sonra gedəcəyini açıqlayıb – Təfərrüat

Xaçmazın icra başçısı seçkidən sonra gedəcəyini açıqlayıb

Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev prezident seçkilərindən sonra vəzifədən gedəcəyini yaxın çevrəsinə açıqlayıb

Bu barədə Palitika.Az-a sızan məlumata görə, rayonun uzunömürlü icra hakimi 2018 seçkilərin bitər-bitməz postunu təhvil verəcəyini qeyri-rəsmi şəkildə anons edib.

Onun sözlərinə görə, artıq yaş faktoru da öz sözünü deməkdədir və üstəlik, seçkilərdən sonra yeni icra hakimlərinin təyin olunması nəzərdə tutulur.

Ona görə də Ş.Xanbabayevin təntənəli şəkildə dövlət tərəfindən mükafatlandırılıb işindən kənarlaşdırılması gözlənilir.

İcra hakimi olduğu dövrdə hər zaman adı müxtəlif tənqidi materiallarda keçmiş icra başçısı xaçmazlıların yaddaşında əraziləri qarış-qarış satan biri kimi qalıb.

Mənbənin dediyinə görə, rayon rəhbəri yorulduğunu da yaxın ətrafına etiraf edib və 2018-ci ilin seçkilərinin yekunlaşmasını gözlədiyini söyləyib.

Bundan sonra kimin Xaçmaza rəhbər gətiriləcəyi bilinməsə də, bu posta iddialı kadrlar var. Deyilənə görə, onlar Xanbabayevin nə vaxt vəzifədən gedəcəyi günü gözləyirlər.

Amma o gün azı 1 ildən çox vaxt çəkəcək. Eyni zamanda yuxarıları da Xanbabayevin idarəçiliyi qane edir.

Bu müddətdə şimal zonasındakı həssas bölgələrdən birinə etdiyi başçılıq dövründə mümkün qədər sabitliyi qorumağa və əhalini qıcıqlandırmamağa çalışıb.

Yəni, Quba hadisələri və Qusardakı mürəkkəb vəziyyətlə müqayisədə Ş.Xanbabayev Xaçmazı qorumağı bacarıb.

Palitika.Az-ın əldə etdiyi məlumata görə,
 Xaçmazın icra başçısı barədə kompromat materiallar Prezident Administrasiyası göndərilib.

Həmin arayışlarda icra başçısının Xaçmazda satdığı torpaqlar, obyektlər, habelə tenderlərdəki korrupsiya əməliyyatları, büdcə yeyintiləri və digər faktlar yer alıb.

PA-ya çatan dosye ilə bağlı dekabrın 15-nə kimi icra başçısı haqda prezidentə məruzə olunacaq. Dövlət başçısı müşavirələrin birində icra başçıları haqda dekabrın 15-dək ona arayış verilməsini tələb etmişdi.

İddialara görə, Xanbabayevin əməllərindən də bəhs olunacaq və onun Xaçmazdakı korrupsiya işlərinin qovluğu masaya qoyulacaq.

Bununla belə, ona 2018-ə kimi siyasi zəmanət verilib və vəzifəsini bu ilin sonunda itirmək təhlükəsi çox azdır.

Xaçmazda büdcə pulları lampalara, lazımsız heyvan heykəlləri və s. istiqamətlərə xərclənib. Rayonda çəngəldə albalı, meymun və s. heykəllər var. Amma rayonda bir tualet belə yoxdur.

Rayon camaatı danışır ki, indi də icra başçısı “Pokemon” virtual oyunu haqda eşidib və onun şəkillərini axtarır.

Məqsədi onun heykəlini qoymaq olub. Ancaq heç kim onun şəklini tapa bilməyib. Bu iddialarla bağlı qarşı tərəfi dinləməyə hazırıq.


Palitika.Az

Comment here