GündəmManşetMANŞETÜSTÜ

Xəzəryanı dövlətlərin başçıları Aktau Zirvə toplantısında mətbuata bəyanatlarla çıxış ediblər (Yenilənir)

Xəzəryanı dövlətlərin başçıları Aktau Zirvə toplantısında mətbuata bəyanatlarla çıxış ediblər (Yenilənir)

Xəzəryanı dövlətlərin başçıları Aktau Zirvə toplantısında mətbuata bəyanatlarla çıxış ediblər (Yenilənir)

Dövlət başçıları Aktauda körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması mərasimində iştirak ediblər.

Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısından sonra Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Aktau şəhərinin dəniz sahilində gəzintiyə çıxıblar.

Avropa.info xəbər verir ki, gəzintidən sonra prezidentlər körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması mərasimində iştirak ediblər.

***

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Avropa.info xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Zirvə toplantısında imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı və digər sənədləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında bəyanatla çıxış etdi.

Sonra dövlət başçıları birgə foto çəkdirdilər.

Bununla da Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı başa çatıb.

Comment here