Manşet

Xəyanət- xarakterin ifadəsidir

Hər dövrün aktual mövzusudur “xəyanət” . Növ tərkibinin zənginliyi bəşəriyyət,insanlıq adına həmişə ürəkaçan olub. Məsələn, müxtəlif ölkələrin, iş yerlərinin,geyimin,qidanın, sosial fəaliyyətlərin və s. olması kimi… Ancaq təəssüf hissi yaşadan“ insan” xəyanətinin də müxtəlif növlərini qeyd edə bilərik: dosta xəyanət, əmanətə( hər hansı əşyaya) xəyanət, ailəyə xəyanət və ən qəbuledilməzi sevgiliyə (həyat yoldaşına) edilən xəyanət…
Bu məqalədə sevgili ( həyat yoldaşı) xəyanətinin izi, nəticəsi öz əksini tapsın istədik. Niyə cəm halda yazdım? Çünki özümüzü tapdığımız bu cəmiyyət bizə saysız xəyanətləri göstərir , yaşadır..
Həyatınızda biri varkən başqasını sevmək, düşüncədə başqa birini arzulamaq, başqa bir qadına və ya kişiyə bəyəni olaraq baxmaq, cinsi münasibət qurmaq duyğularınıza məğlub olmaq deyil, xəyanətdir.
Xəyanət – yarı yolda qalma , insan mənliyinə və ruhuna travmadir
Son zamanlarda bir çox yerli , xarici sənətçilər xəyanəti qəbullanıb, bunu hər kəsə bəyan edirlər. Təbii ki, hər kəsin seçimi var. Xəyanəti bağışlayanlar ve bağışlamayanlar, bir də yol ortasında-qərarsızlıq və əzabda boğulanlar var.. Cemiyyət olaraq, gələcək olaraq narahatlıq duyulması ən zəruri hal xəyanətin normal bir hal kimi qəbul edilməsi, bunun kütləyə müraciəti daha asan olan sənətçilərin ( məşhur şəxslərin) adi hal,doğru olanın bu olması kimi qələmə verməsi insanlığı,sevgini, sevgilidə tapdığmız bənzərsiz duyguları məhv etməyə aparır
Xəyanət edən insan qorxu içində olur daim, onun aid olduğu bir yer, bir insan olmasa da, ya sahib olduğu bir ürək, ya isti bir yuvası, ya da komfortu, daxili dünyasında hüzuru vardır mütləq… Bunları itirməkdən qorxur, ancag özünü,öz rahatlığının, komfortunun pozulmasını istəmir..
Hər bir insan bizim fiziki ehtiyaclarımızı qarşılama potensialına sahibdir, lakin mənəvi ehtiyaclarımızı qarşılayacaq insan çox azdır, çünki mənəviyyatı zəngin insanlar gərəkdir bizə. Xəyanət elə mənəviyyatın kasıblığından irəli gəlir. Bir insan sizə xəyanət edirsə onu tərk edin, evlisinizsə boşanın, elə “kasıb” insanla yaşamağa məcbur etməyin, dözməyin.
Bir-birinizə dəyər qatacağınız, bir-birinizi daha da zənginləşdirəcəyiniz insanlar alın həyatınıza..

Rəhimli Nailə

Comment here