ManşetMANŞETÜSTÜ

Xəstəxanalarda ölüm halları olub? – Səhiyyə Nazirliyindən AÇIQLAMA

Xəstəxanalarda ölüm halları olub? – Səhiyyə Nazirliyindən AÇIQLAMA

Xəstəxanalarda ölüm halları olub? - Səhiyyə Nazirliyindən AÇIQLAMAFakttv.сom Sonxəbər.az-a istinadən xəbər verir ki,”Ötən gün “Bakı Metropoliteni”ndə problem yarandıqdan sonra 19 nəfər xəstəxanalara və Təcili Tibbi Yardım Xidmətinə müraciət edib”

Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.

O bildirib ki, müraciət edən xəstələrdən 6-sı stasionar şöbələrə yerləşdirilib:

“Elektrik enerjisinin dayandırılması zamanı yayılan məlumatların əksinə, xəstəxanaların işində heç bir problem olmayıb. Sosial şəbəkələrdə xəstəxanaların dəhlizlərinin qaranlıq olması ilə bağlı fotolar yerləşdirilib. Bu o demək deyil ki, xəstəxananın işində problem var. Generatorlar qoşulduqda əsas bloklara – reanimasiya, doğum şöbəsi, əməliyyat otaqları və aparat qoşulmuş xəstələrin yerləşdiyi bölmələrə elektrik enerjisi verilir.

Yeganə olaraq, 1 saylı Mərkəzi Klinik Xəstəxanada ( “Semaşko”) problem yaranıb. Belə ki, elektrik enerjisinin verilməsi dayanan zaman, qoşulmuş dörd generatordan biri sıradan çıxıb. İşlək vəziyyətdə olan üç generator fəaliyyətdə olduğu müddətdə bir saat-saat yarım ərzində sıradan çıxmış generatoru yenisi ilə əvəz ediblər. Bütün bunlara rəğmən, yaranmış vəziyyət səbəbindən heç bir ölüm faktı qeydə alınmayıb.

Dövlət xəstəxanalarının bir çoxunda ehtiyat elektrik enerjisi olmadığına görə, aparata bağlı uşaqların dünyasını dəyişməsi barədə xəbərlərin heç bir əsası yoxdur. Yenə qeyd edirəm, elektrik enerjisinin dəyişməsi səbəbindən xəstəxanalarda ölüm olmayıb”. /Şərq/

Comment here