CəmiyyətGündəmMANŞETÜSTÜ

VƏTƏNDAŞ YOL POLİSLƏRİNDƏN RAZILIQ ETDİ

VƏTƏNDAŞ YOL POLİSLƏRİNDƏN RAZILIQ ETDİ.


Polisimizin apardığı qüsursuz xidmət yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, mütəmadi olaraq ayrı-ayrı bölgələrdən daxili işlər orqanlarına təşəkkür məktubları ünvanlanır, insanlar öz minnətdarlığını bildirir. Onlardan biri ilə oxucularımızı da tanış etmək istədik.

Daxili İşlər Nazirliyindən Fakttv.coma verilən məlumata görə“Sentyabrın 12-də Şirvan şəhərində şəxsi avtomobilimlə hərəkətdə olan zaman yolda polis zabitinin iki serjantla fəhlələrə kömək etdiyini gördüm. Avtomobilimi yolun kənarında saxlayaraq onlara yaxınlaşdım. Yeni tədris ili ilə əlaqədar şagirdlərin məktəbə təhlükəsiz gediş-gəlişi üçün ciddi tədbirlər görüldüyünün şahidi oldum. Şirvan şəhərində yol nişanlarının sazlanmasının, piyada keçidlərinin yenidən boyanmasının, ümumiyyətlə şəhərdə abadlıq işlərinin aparılması diqqət çəkir. Öyrəndim ki, Şirvan DYPB-nin baş inspektoru, polis kapitanı Mehdi Muxtarov və “99-YP-131” dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Üzeyir və Sadiq adlı polis serjantları xidmətdə də fərqlənirlər. Mən bir vətəndaş kimi polislərimizlə fəxr edirəm.”
Bu fikirləri DİN-ə ünvanladığı təşəkkür məktubunda Bakı şəhər sakini Samid Əmralıyev yazıb.
Qeyd edək ki, bir müddət əvvəl sakinlərinin eləcə də sürücülərin hərəkətinin təhlükəsizliyini təmin etmək üçün Şirvan şəhəri ərazisində 30-dan çox yeni yol hərəkət nişanları quraşdırılıb və piyada keçidləri yenidən boyanıb. Bununla yanaşı yol nəqliyyat hadisələrinin minimuma endirilməsi məqsədilə Şirvan Şəhər YPB-nin əməkdaşları tərəfindən mütəmadi olaraq profilaktiki reydlər keçirilir.

Toğrul Nəsirli
polis leytenantı

Fakttv.com Coşqun Abdullayev

Comment here