ManşetMANŞETÜSTÜ

Vəkillər Kollegiyasının sədri Anar Baqırov Moskvada-FOTOLAR

Fakttv.com xəbər verir ki,11.12.2017-ildə Moskvada Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Vəkillik və Notariat Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Həsən Mirzəyevin 70 illik yubileyi keçirildi. Fəxrimiz olan həmvətənimiz Həsən müəllim 1977-87-ci illərdə vətəni Azərbaycanda vəkillik fəaliyyəti ilə məşğul olub, Bakıda 13 saylı hüquq məsləhətxanasına rəhbərlik edib, bu gün isə Rusiya Federasiyasının ən görkəmli və nüfuzlu vəkillərindəndir, doğma Vətənini isə heç vaxt unutmayan bu məşhur vəkilin yubileyində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından Anar Bağırov də iştirak edib.
Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz Facebook səhifəsində məlumat verib və ad günü münasibətilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından Həsən müəllimi təbrik edib!

Comment here