ManşetMANŞETÜSTÜ

VƏKİLLƏR KOLLEGİYASI İLK DƏFƏ OLARAQ KONSTİTUSİYA MƏHKƏMƏSİNİN PLENUMUNDA HÜQUQİ RƏY VERMİŞDİR(FOTOLAR)

VƏKİLLƏR KOLLEGİYASI İLK DƏFƏ OLARAQ KONSTİTUSİYA MƏHKƏMƏSİNİN PLENUMUNDA HÜQUQİ RƏY VERMİŞDİR Yanvarın 23-də Vəkillər Kollegiyasının rəhbərliyi Konstitusiya Məhkəməsində görüşdə olmuşdur. Qeyd olunmalıdır ki, bu görüş təsadüfi olmamaqla Konstitusiya Məhkəməsi Plenumunun həmin tarixdə keçirilmiş növbəti iclası ilə eyni vaxta təsadüf etmişdir. Belə ki, ötəni ilin dekabrında Konstitusiya Məhkəməsi məruzəçi-hakim Rafael Qvaladze olan “Ombudsmanın MPM-nin 157 və 158-ci maddələrinin Konstitusiyasının bir sıra maddələrinə uyğunluğunun yoxlanılmasına dair müraciəti”nə baxılması ilə bağlı iş üzrə Vəkillər Kollegiyasından mütəxəssis qismində öz nümayəndəsinin göndərilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin tarixində ilk dəfədir ki, Vəkillər Kollegiyasının nümayəndəsi mütəxəssis qismində Plenumun iclasına dəvət olunur. Vəkillər Kollegiyasını iclasda mütəxəssis qismində Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev təmsil etmişdir. Sonra Vəkillər Kollegiyasının rəhbərliyi – sədr Anar Bağırovun, sədr müavini Pərviz Ələkbərovun, Rəyasət Heyətinin üzvü Muxtar Mustafayevin və Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev başda olmaqla Məhkəmənin hakimi heyəti arasında görüş keçirilmişdir. Görüşün əvvəlində Məhkəmənin sədri Fərhad Abdullayev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunmuş Rafael Qvaladzeyə məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olunmuşdur. Daha sonra, xoş bir təsadüf olaraq hüquq sahəsində uzun illər səmərəli fəaliyyətinə, Vəkillər Kollegiyası ilə əməkdaşlığa verdiyi töhfəyə və 70 illik yubileyi ilə əlaqədar, Konstitusiya Məhkəməsinin hakimi, əməkdar hüquqşünas Rafael Qvaladzeyə Rəyasət Heyətinin qərarı ilə verilmiş “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” diplomu da təqdim olunmuşdur. Yubilyara Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən möhkəm cansağlığı və peşə fəaliyyətində uğurlar arzulanmışdır. Səmimi və qonaqpərvərlik mühitində keçmiş görüşdə qurumlar arasında növbəti dövrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılmış, ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarında vəkillik institutunun rolu və əhəmiyyəti, vəkilliyin cari vəziyyəti, aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımın göstərilməsi mexanizminin daha da təkmilləşdirilməsi barədə Anar Bağırovun fikirləri dinlənilmiş, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və digər görüş iştirakçıları tərəfindən bu istiqamətdə faydalı məsləhətlər verilmişdir.FAKTTV.Coşqun Abdullayev

Comment here