GündəmManşetMANŞETÜSTÜSiyasət

“Vəkillərə kurslar keçirilsin” – Siyavuş Novruzov

“Vəkillərə kurslar keçirilsin” – Siyavuş Novruzov

“Vəkillərə kurslar keçirilsin” – Siyavuş Novruzov

Deputat Siyavuş Novruzov vəkilləri qanunvericilikdəki dəyişiklikləri öyrənməsi ilə bağlı kursların təşkil olunmasını təklif edir.

Avropa.info xəbər verir ki, Milli Məclisin iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik müzakirə edilib.

Məsələ ilə bağlı çıxış edən Siyavuş Novruzov deyib ki, əvvəllər vəkillərin təcrübəsinin artırılması ilə bağlı institut mövcud idi.

“Lakin indi vəkillərin praktik təcrübəsini artırmaq, yeni qanunverciliyə edilən dəyişikliklə bağlı maarifləndirmə işləri aparılmır. Bu gün qanunvercilikdə tez-tez dəyişikliklər edilir. Amma vəkillərin çoxları bu dəyişikliklərdən xəbərsizdir. Elə olur ki, vəkil prosesə çıxır, ancaq qanunvericiliyə edilən dəyişiklikdən xəbərsizdir. Prosesdə də başlayırlar köhnə qaydalardan danışmağa. Ona görə də vəkillər arasında da qanunvericiliyə edilən dəyişikliklə bağlı geniş maarifləndirmə işlərinə ehtiyac var. Bu məqsədlə kurslar da təşkil oluna bilər. Milli Məclis də bu işdə aktiv rol oynaya bilər”,- deputat bildirib.

S. Novruzov  vəkil fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin işə götürülməsində ciddi qaydaların tətbiqini təklif edib.

S.Novruzov zamanında hüquq-mühafizə oqranlarından rüşvət üstündə və ya fəaliyyətində ciddi qanun pozuntusuna yol verdiyi üçün qovulanlar vəkillik fəaliyyəti ilə məşğul olduğunu deyib.

“Buna yol vermək olmaz. Belə insanların vəkilliklə fəaliyyət göstərməsi etik qaydaalra uyğun deyil”,- deputat bildirib.

Mürtəza 
Avropa.info

Comment here