ManşetMANŞETÜSTÜ

Vəkil Adəm Məmmədovun növbəti uğuru- VİDEO

b_550_325_16777215_00_images_xeber_sekilleri_24oktyabr2017_750.jpgÖzünü asaraq intihar edən MTN polkovniki Malik Mustafayevin qardaşı Mətləb Mustafayev barəsində bəraət hökmü çıxarılıb.

Qanunla.az-ın  verdiyi xəbərə görə, bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah daşıma) maddəsi ilə təqsirləndirilən M.Mustafayev barəsində Nəsimi rayon məhkəməsinin 24.04.2015-ci il tarixli hökmü ilə  2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Hökümdən narazı qalaraq  tərəfimizdən apellyasiya şikayəti verilmiş,lakin  Bakı Apellyasiya Məhkəmsinin 10 iyul 2015-ci il tarixli qərarı ilə apellyasiya şikayətimiz təmin edilməmişdir.

Bundan sonra tərəfimizdən kassasiya şikayyəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət  Kollegiyasının 06.12.2016-cı il tarixli qərarı ilə kassasiya şikayyətimiz təmin edilmiş,cinayət işinin materialları üzrə sübutlar,işin faktiki halları tam,hər tərəfli araşdırılmamış və bununla bağlı verilmiş vəsatətlər əsasız olaraq təmin edilmədiyi üçün və AR CPM-nın 143-146-cı maddələrinin tələbləri kobud surətdə pozulması əsas gətirilərək Apellyasiya Məhkəmsinin 10 iyul 2015-ci il tarixli qərarı ləğv edilmiş, iş baxılması üçün yeni apellyasiya baxışına təyin edilmişdir.

Apellyasiya instansiyasında cinayət işinin araşdırılması zamanı Mətləb Mustafayev barəsində irəli sürülmüş ittiham sübuta yetirilmədiyindən, onun barəsində  Bakı Apellyasiya məhkəməsinin 11.10. 2017-ci il tarixli qərarı ilə bəraət verilmişdir

 

Comment here