ManşetMANŞETÜSTÜ

Vəkil Adəm Məmmədovun möhtəşəm qələbəsi.

Vəkil Adəm Məmmədovun möhtəşəm qələbəsi.

Növbəti möhtəşəm qələbə!

Fakttv.com xəbər verir ki, Vəkil Adəm Məmmədov bildirir ki, hazırkı qələbə digərlərindən daha çox fərqlənir. Belə ki, bu dəfə öz barəmdə AR CM-nin 289-cu maddəsi ilə (məhkəməyə hörmətsizlik) başlanılmış cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə nail oldum. Uzun çəkən mübarizəm və prinsipial mövqeyim uğurlu nəticələndi. Cinayət işinin başlanmasına səbəb 29.06.2015-ci il tarixdə guya “Gündəlik Bakı” qəzetinin şantajist baş redaktoru Habil Vəliyevi döyməyim olmuşdur. Habil Vəliyev ləğv edilmiş AR MTN-də vaxtı ilə həmin dövürdə yüksək vəzifə tutan havadarlarının köməkliyi ilə mənim həbs olunmağıma az qala nail olmuşdur. Hətta barəmdə məcburi gətrilmə qərarı belə çıxarılmışdır. AR Ədliyyə naziri Fikrət Məmmədov məni qəbul etdikdən sonra barəmdə aparılan qərəzli cinayət işinin icraatı bu yaxınlara kimi dayandırılmışdır. Ən dəhşətlisi isə vaxtilə birlikdə çalışdığım (paqon yoldaşlarım) və Yasamal rayon icra şöbəsinin əməkdaşları göstəriş əsasında əleyhimə ifadə verməkləri idi. Yasamal Rayon Məhkəməsinin rəhmətlik hakimi Mətanət Qasımovanın ədalətli və cəsarətli mövqey nümayiş etdirməsi bəzi üzə duran əməkdaşların pis niyyətlərinin həyata keçməsinin qarşısını aldı. Bir vəkil kimi bu mübarizə məni dahada möhkəmlətdi.
Bu ədalətli qərarın qəbul edilməsi üçün AR Ədliyyə naziri cənab Fikrət Məmmədova dərin təşəkkürümü bildirirəm!

Paylaş: Fakttv.com  Vüqar Rəhimov

Comment here