ManşetMANŞETÜSTÜ

Üzərində 20 min manat olan şirkət xəzinədarına hücum edildi: 14 bıçaq zərbəsi vuruldu

Üzərində 20 min manat olan şirkət xəzinədarına hücum edildi: 14 bıçaq zərbəsi vuruldu

Üzərində 20 min manat olan şirkət xəzinədarına hücum edildi: 14 bıçaq zərbəsi vuruldu

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Naxçıvani küçəsi, 15 ünvanında yerləşən ofisə qarət məqsədi ilə edilən basqın zamanı qeydə alınıb.

Maskalı şəxs ofisə daxil olaraq oradakı seyfdən pulları aparmaq istəyib. Bu zaman onun qarşısına 1989-cu il təvəllüdlü Namazov Tərxan Süleyman oğlu çıxıb və onun bu əməlinin qarşısını alarkən, naməlum şəxs ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Naməlum şəxs hadisə yerindən qaçıb. Yaralı çoxlu qan itirib. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Avropa.info report-a istinadən xəbər verir ki, hadisə zamanı bıçaqlanan 1989-cu il təvəllüdlü Tərxan Namazov “ZD Travel” şirkətinin xəzinədarıdır. Naməlum şəxs onu bıçaqlayıb və üzərində olan 20 min manat pulu götürərək qaçmağa cəhd edib, lakin buna nail ola bilməyib.

14 bıçaq yarası almış T.Namazov ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə zamanı T.Namazovun üzərində olan 20 min manat şirkətə məxsus olub.

Comment here