ManşetMANŞETÜSTÜ

Ukraynada uzun müddət axtarışda olan azərbaycanlılar tutuldu — FOTO

Ukraynada uzun müddət axtarışda olan azərbaycanlılar tutuldu — FOTO

Ukraynada uzun müddət axtarışda olan azərbaycanlılar tutuldu — FOTOUkraynada azərbaycanlılardan ibarət cinayətkar dəstə ifşa olunub.

Bu barədə “korrespondent.net” məlumat yayıb. Verilən məlumata görə, hadisə Ukraynanın Zaporojye şəhərində qeydə alınıb.

Şəhər polis idarəsinin rəisi Oleq Zolotonoşa “Facebook” səhifəsində yazıb ki, “Mercedes” markalı avtomobildə Dinyeper gedərkən 3 nəfər şübhəli şəxs saxlanılıb.

“Polisin araşdırması nəticəsində, onların uzun müddətdir axtarışda olan və Ukrayna Cinayət Məcəlləsinin 289, 263 və 190 maddələrilə təqsirləndirilən şəxslər olduğu məlum olub. Saxlanılan 3 şübhəli şəxs Azərbaycan vətəndaşıdır. Axtarış zamanı onların üzərindən əl qumbaraları və tapança aşkar edilərək götürülüb”, – deyə Oleq Zolotonoşa bildirib.

Comment here