Dünya

Üç erməni hakim seçkinin nəticəsinə qarşı çıxdı

Ermənistanda seçkinin nəticəsinin tanınmasıyla bağlı Konstitusiya Məhkəməsinin qərarının detalları bəlli olub.

Huquqaz.com xəbər verir ki, bu məlumatı “168.am” saytı yayıb. Məlumata görə, seçkinin nəticəsinin tanınmasına qarşı məhkəmənin üç hakimi çıxıb. Onların Qrayr Tovmasyan, Arevik Petrosyan və Aşot Xaçatryan olduğu bildirilib.

Sayt seçkinin nəticələrinin əleyhinə daha iki hakimin – Yervand Xundkaryan və Artur Vaqarşyanın çıxmağı planlaşdırdığını, amma onlarla bağlı kompromatların buna mane olduğunu söyləyib.

Qeyd edək ki, bundan öncə Ermənistan Konstitusiya Məhkəməsi ölkədə parlament seçkisinin nəticələrini tanıyıb.

Comment here