DünyaManşetMANŞETÜSTÜ

Türkyə vətəndaşları tələb edir: “İncirlik bazasının yerində park salınsın”

Türkyə vətəndaşları tələb edir: “İncirlik bazasının yerində park salınsın”

Türkyə vətəndaşları tələb edir: “İncirlik bazasının yerində park salınsın”

ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları vətəndaşların ciddi etirazına səbəb olub. Vətəndaşlar sosial mediada bu sanksiyalra sərt reaksiya veriblər.

Fakttv.com Avropa.info-ya istinadən xəbər verir ki, “Sabah” qəzeti vətəndaşların sosial şəbəkələrdə ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarına sərt reaksiyası ilə bağlı maraqlı yazı dərc edib.

Qəzetin yazdığıan görə, sosial şəbəkə istifadəçiləri Türkiyənin ABŞ-a boyun əyməyəcəsini bəyan etməklə yanaşı, İncirlik hərbi-hava qüvvələri bazasının, Malatyadakı RLS-in fəaliyyətinin dayandırılmasını və ölkənin NATO-dan çıxmasını tələb ediblər. Vətəndaşlar İncirlik hərbi bazasının yerində Millət parkı açılmasını təklif ediblər.

“Sabah” qəzeti yazır ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarından sonra vətəndaşlar tərəfindən dövləti dəstəklədikləri ilə bağlı sosial şəbəkələrdə saysız-hesabsız qeydlər paylaşılıb.

Vətəndaşlar ABŞ-ı sərt ittiham edərək, Türkiyə dövlətinin yanında olduqlarını bəyan ediblər.

Yazılarda hətta ABŞ-ın bu qərarına cavab olaraq Ayasofya məscidinin ibadət üçün acılaması təklif olunub.

 

Comment here