MANŞETÜSTÜMaraqlı

Türkiyəyə köç edənlər arasında azərbaycanlılar ilk beşlikdədir

Türkiyəyə köç edənlər arasında azərbaycanlılar ilk beşlikdədir

Türkiyəyə köç edənlər arasında azərbaycanlılar ilk beşlikdədir

2017-ci ildə yaşamaq üçün Türkiyəyə köçənlərin sayı 2016-cı ilə nisbətən 22,4% artaraq 466 333 min nəfərə çatıb.

“Report” qonşu ölkənin Statistika İdarəsinə istinadən xəbər verir ki, köç edənlərin 52,3%-i kişi, 47,7%-i qadınlar olub.

Yaşamaq üçün Türkiyəyə gedənlərin 12,3%-ni 25-29 yaş, 11,6%-ni 20-24 yaş, 10,8%-ni isə 30-34 yaş arasında insanlar təşkil edib.

Türkiyəyə ən çox İraqdan axın olub. Belə ki, köç edənlərin 26,6%-ni İraq vətəndaşları təşkil edib. Bu ölkəni 10,4%-lə Əfqanıstan, 7,7%-lə Suriya, 5,7%-lə Azərbaycan və 5,6%-lə Türkmənistan izləyib.

Hesabata əsasən, Türkiyədən isə ötən il 253 640 nəfər köç edib ki, bu illik müqayisədə 42,5% çoxdur. Bunun da 54%-i kişi, 46%-i isə qadınlardır.

Türkiyədən köç edən xaricilər arasında 20,4%-lə İraq vətəndaşları yenə birinci olublar. Daha sonra 7,5%-lə Azərbaycan, 6,7%-lə Suriya, 4,6%-lə Əfqanıstan və 4,5%-lə Çin sıralanıb.

Comment here