DünyaManşetMANŞETÜSTÜ

Türkiyədən Qüdslə bağlı mühüm qərar – Səfirlərini ABŞ və İsraildən geri çağırır

Türkiyədən Qüdslə bağlı mühüm qərar – Səfirlərini ABŞ və İsraildən geri çağırır

Türkiyədən Qüdslə bağlı mühüm qərar – Səfirlərini ABŞ və İsraildən geri çağırır

ABŞ-ın səfriliyinin Qüdsdə rəsmi açılışından sonra yaranmış durumla bağlı olaraq Türkiyə öz səfirlərini ABŞ və İsraildən geri çağırır.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Ərdoğan bildirib ki, Fələstində son hadisələrdə Qəza bölgəsində İsrail hərbçiləri ilə qarşıdurma nəticəsində ölənlərlə bağlı fələstinlilərlə həmrəylik nümayiş etdirmək məqsədi ilə Türkiyədə üç günlük matəm elan olunub.

Rəsmi Ankara Vaşinqton və Təl-Əvivdəki səfirlərini məsləhətləşmə üçün geri çağırıb. Ərdoğan, eyni zamanda, təcili olaraq İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi təklifi ilə çıxış edib.

Avropa.info

Comment here