DünyaMANŞETÜSTÜ

Türkiyədən ABŞ-a: Timsah gözyaşı tökürsünüz…

Türkiyədən ABŞ-a: Timsah gözyaşı tökürsünüz…

Kilometrlərlə uzaqlığa silah-sursat göndərirsiniz. Onlar ətrafdakı coğrafiyaya atəş açdığı kimi, bizim gözəl ölkəmizə də atəş açırlar. Ondan sonra “timsah gözyaşı”na oxşayan vəziyyət ortaya qoyursunuz.

Fakttv.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu Anadolu İş adamları Dərnəyinin Diyarbəkir şöbəsinin açılışında deyib. O, ABŞ-ın Azad Suriya Ordusuna silah göndərdikdən sonra türk əsgərlərinə başsağlığı verməsini tənqid edib:

“4 oktyabrda Batman bölgəsində şəhid olan 8 əsgər üçün ABŞ-ın Türkiyədəki səfirliyindən gələn başsağlığı vicdanı, etikası və əxlaqı olmayan dəyərləndirmə ortaya qoyur. Mafiya filmlərindəki kimi öldürürlər, sonra məzarın başına gedib göz yaşları tökürlər. Amerika kimi bir dövlətə mafiyavari davranış heç yaraşmır”.

Fakttv.com

 

Comment here