DünyaManşetMANŞETÜSTÜ

Türkiyədən ABŞ-a qarşı daha bir qərar

Türkiyədən ABŞ-a qarşı daha bir qərar

Türkiyənin ABŞ-a qarşı tətbiq etdiyi sanksiyalara daha biri təhsil sahəsində əlavə olunub.

Fakttv.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Təhsil nazirinin müavini Mustafa Safran danışıb.

Nazir müavini Türkiyənin xarici siyasət tələblərinə uyğun olaraq, tələbələrin artıq ABŞ-a göndərilməyəcəyini, bunun yerinə Avropa və Uzaq Şərq ölkələrinin seçiləcəyini bildirib.

Onun sözlərinə görə, magistratura təhsili sahəsində də yalnız spesifik sahələrdən başqa digər bütün ixtisaslar üzrə tələbələr xaricə göndərilməyəcək. Türkiyənin ABŞ magistratura və doktorantura təhsili üçün 35 milyon dollar ödədəyini söyləyən Safran bu qərarla illik 20 milyon dollara qənaət ediləcəyini bildirib.

“Türkiyə pulunu xaricə xərcləyəcək vəziyyətdə deyil. Bundan sonra tələbələrimizi magistratura təhsili üçün idarəetmə, kommunikasiya, müəllimlik, mühəndislik kimi sahələrdə ölkə xaricinə göndərməyəcəyik. Bu şəxslər ən yaxşı universitetlərimizə gedəcəklər, magistratura təhsilini başa vuracaqlar. Bundan sonra isə doktorantura üçün onları xaricə göndərəcəyik”, – nazir müavini bildirib.

Fakttv.com

 

Comment here