DünyaMANŞETÜSTÜ

Türkiyə, Rusiya və İran xarici işlər nazirləri İdlibi müzakirə ediblər

Türkiyə, Rusiya və İran xarici işlər nazirləri İdlibi müzakirə ediblər

Türkiyə, Rusiya və İran xarici işlər nazirləri İdlibi müzakirə ediblər

Türkiyə, Rusiya və İran xarici işlər nazirləri arasında görüş olub və görüşdə İdlib məsələsi müzakirə edilib.

Fakttv.com Avropa.info-a istinadən xəbər verir ki, Rusiya XİN-in yaydığı məlumatda görüşdə İdlibdə gərginliyin azaldılması ətrafına geniş fikir mübadiləsi aparıldığı qeyd olunub.

“Görüş zamanı İdlibdəki gərginliyin azaldılması, həmçinin Suriya böhranının uzunmüddətli davamlı siyasi tənzimlənməsi daha ətraflı formada müzakirə edilib. Görüş iştirkaçıları sentyabrın 17-də Soçi görüşündə İdlibdə vəziyyətin sabitləşdirilməsi istiqamətində əldə edilən razılaşmanı yüksək qiymətləndiriblər”- Rusiya XİN bildirib.

Görüşdə həmçinin Suriya böhranının siyasi yolla tənzimlənməsi məqsədi ilə Cenevrədə Suriya milli dialoq konqresinin qərarı əsasında BMT TŞ-nin 2254-cü qətnaməsi əsasında Konstitusiya Komitəsinin formalaşdırılması istiqamətində fəaliyyəti sürətləndirilməsi qərara alınıb.

 

Comment here