DünyaMANŞETÜSTÜ

“Türkiyə Qaşıqçı olayı ilə bağlı ABŞ-a səs yazısı verməyib” – Çavuşoğludan açıqlama

“Türkiyə Qaşıqçı olayı ilə bağlı ABŞ-a səs yazısı verməyib” – Çavuşoğludan açıqlama

“Türkiyə Qaşıqçı olayı ilə bağlı ABŞ-a səs yazısı verməyib” – Çavuşoğludan açıqlama

“Türkiyə Pompeo və ya hər hansısa bir ABŞ rəsmisinə  səs yazısı verməyib.”

Fakttv.com Avropa.info -a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ mətbuatının “Türkiyə jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğunda olduğu zaman yazılmış səs yazısını ABŞ-a verib” iddiasına münasibət bildirərkən deyib.

Cavuşoğlu jurnalist Qaşıqçının məsələsinin ciddi araşdırıldığını bildirib.

“Araşdırmanın nəticələrini gözləyirik. Ortaya çıxan nəticələri şəffaf bir şəkildə bütün dünya ilə bölüşəcəyik. Türkiyə kiməsə səs yazı verməyib. Ortada itkin düşən bir şəxs var, Türkiyədə itib, ancaq Səudiyyə Ərəbistanı konsulluğunda olub. Necə olub, nə olub bunları araşdırmanın nəticəsində açıqlayacağıq”- Cavuşoğlu belə deyib.

Comment here