DünyaManşetMANŞETÜSTÜ

“Türkiyə bütün dünyaya mühüm mesajını verdi” – Qələbə sonrası Ərdoğandan ilk açıqlama

“Türkiyə bütün dünyaya mühüm mesajını verdi” – Qələbə sonrası Ərdoğandan ilk açıqlama

“Türkiyə bütün dünyaya mühüm mesajını verdi” – Qələbə sonrası Ərdoğandan ilk açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin nəticələri bəlli olduqdan sonra, ilk çıxışını edib.

Avropa.info xəbər verir ki, jurnalistlər qarşısında çıxış edən Ərdoğan bunları deyib.

“Millətimiz məni prezident vəzifəsinə layiq gördü. “Cümhur İttifaqı” da əksəriyyəti qazanaraq qanunvericilikdə bizə çox böyük məsuliyyət buraxır. Seçkiyə qatılan hər kəsə təşəkkür edirəm. Mənə və partiyamıza səs verənlərə minnətdarlığımı bildirirəm. Bu gün Türkiyənin azad iradəsilə seçkiyə getdi, ölkə üçün seçim etdi. Seçkiyə qatılan bütün namizədləri təbrik edirəm. Heç kimin məğlubiyyətini gizlətmək üçün, seçkiyə kölgə salmağa çalışmayacağına inanıram. Millətimiz mühüm mesajını verib. Türkiyə 90 faiz seçkiyə qatılmaqla bütün dünyaya mesaj verib”- Ərdoğan belə deyib.

Qeyd edək ki, bundan sonra Ərdoğan İstanbulda xalq qarşısında qısa çıxış edərək, Ankaraya yola düşüb.

Comment here