DünyaManşetMANŞETÜSTÜ

Türkiyə ABŞ-la danışıqlara başlayır – Razılığa gəlindi

Türkiyə ABŞ-la danışıqlara başlayır – Razılığa gəlindi

Türkiyə ABŞ-la danışıqlara başlayır – Razılığa gəlindi

Türkiyədən ABŞ-a 2 gün ərzində nümayəndə heyəti gələcək.

Fakttv.com Avropa.info-ya istinadən xəbər verir ki, bu barədə “Sabah” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin dediyinə görə, Türkiyə-ABŞ şəxsi görüşlərin təşkili barədə razılığa gəliblər.

Diplomatik əlaqələrin davam etdirilməsi barədə hər iki ölkə arasında anlaşma əldə olunub.

Xatırladaq ki,  amerikalı keşiş Endryu Branson FETÖ və PKK terror təşkilatları ilə əməşdaşlıqda ittiham olunaraq Türkiyədə ev dustaqlığında saxlanılır. ABŞ Prezidenti Donald Tramp Türkiyədə həbsdə olan amerikalı keşiş Endryu Bransonun azad edilməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiyaları istisna etməmişdi. Nəticədə avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunu insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandıraraq onlara qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı iki ölkə arasında ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb.

Nümayəndə heyəti Vaşinqtonda keçirdiyi görüşlərdə Türkiyənin ədliyyə və daxili işlər nazirinə qarşı tətbiq edilən sanksiyalar və iki ölkə arasındakı münasibətlərdə yaranmış probemlərin dialoq yolu ilə aradan qaldırılmasını müzakirə edəcək.

Comment here