ManşetMANŞETÜSTÜ

Tunisə uçan təyyarənin mühərriki dayandı – Bakıda məcburi eniş etdi

Tunisə uçan təyyarənin mühərriki dayandı – Bakıda məcburi eniş etdi

Tunisə uçan təyyarənin mühərriki dayandı – Bakıda məcburi eniş etdi

Dohadan Tunisə uçan təyyarə mühərrikinin dayanması səbəbindən Bakıda məcburi eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportun mətbuat xidmətindən Avropa.info-ya daxil olan məlumata görə, “Qatar Airways” aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin ikinci mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə saat 11:29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib.

Göyərtəsində 137 nəfərin olduğu “Airbus A330” təyyarəsi Dohadan Tunisə aviareys həyata keçirirdi.

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb.

Təyyarə Bakı vaxtı ilə saat 12:16-da uğurlu eniş edib, xəsarət alan yoxdur.

Comment here