ManşetMANŞETÜSTÜ

Trampın Bakıya Qarabağ mesajı: Nə gözlənilir?

Trampın Bakıya Qarabağ mesajı: Nə gözlənilir?

Trampın Bakıya Qarabağ mesajı: Nə gözlənilir?

Trampın Qarabağla bağlı fikirləri reallıqdan uzaqdır.

Bunu Axar.az-a ABŞ Prezidenti Donald Trampın Qarabağla bağlı bəyanatını şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert problemin həllində yaxın vaxtlarda irəliləyişin gözlənilməməsini Ermənistanın diplomatik rəhbərliyinin danışıqlar prosesinə yenicə qatılması ilə izah edib:

“İrəvanın mövqeyi hələ bilinmir. Hər halda Paşinyanın bəyanatlarından belə çıxır ki, Ermənistan danışıqlar prosesini daha əvvələ qaytarmağa çalışır. Yəni İrəvan qondarma Dağlıq Qarabağ rejimini danışıqlar prosesinə cəlb etmək niyyəti güdür. Belə bir vəziyyətdə hansısa nailiyyətdən danışmaq çox çətindir. ABŞ prezidentinin fikirləri daha çox arzu xarakteri daşıyır. Çünki bu bəyanat ABŞ-ın qəti mövqeyini əks etdirmir”.

Bəyanatın arxasında Trampın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək niyyətinin durma ehtimalına gəlincə, politoloq bildirib ki, görüş baş tutsa belə, nəticəsiz qalacaq:

“Ermənistan rəhbəri Armen Sərkisyanın Qarabağ məsələsində səlahiyyəti kifayət qədər məhduddur. Ona görə də problemin tənzimlənməsində yaxın vaxtlarda ciddi dönüş olacağını düşünmürəm. Çünki əsas oyunçular fərqli mövqedə dayanırlar. Qarabağ prosesində kifayət qədər fəal olan Rusiyanın rolu görünmür. ABŞ tərəfindən isə belə gedişatlar Qarabağ ətrafında real dəyişikliklərdən xəbər vermir”.

Siyasi şərhçi Elxan Şahinoğlu isə Trampın builki təbrik məktubunda nəyəsə işarə etdiyini düşünür:

“Bəlkə Ağ Ev administrasiyası Ermənistanda yeni hakimiyyətə ümid bəsləyir və ya Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmaq istəyir? Əgər belə bir istək varsa, il ərzində Tramp Azərbaycan və Ermənistan prezidentərini Ağ Evə dəvət etməlidir. Trampın verdiyi vədləri (Meksika ilə divar məsələsi, Qüdsün paytaxt kimi tanınması, İranla nüvə anlaşmasından imtina) yerinə yetirdiyini müşahidə edirik. Ona görə də Ağ Ev sahibinin Azərbaycan prezidentinə göndərdiyi məktubdakı sözlərin də boş mahiyyət daşımadığına inanmaq istərdik. Son bir həftəfə ABŞ prezidenti və dövlət katibi Azərbaycanla sıx bağlılığa və ökəmizin əhəmiyyətinə dair çox vacib fikirlər səsləndiriblər. Ona görə də Azərbaycan yaxın aylarda bu istiqamətdə ABŞ-dan təkcə açıqlama deyil, fəaliyyət də gözləyir”.

Qeyd edək ki, Tramp AXC-nin 100 illiyi ilə bağlı Azərbaycan prezidentinə ünvanladığı məktubda qarşıdan gələn ayların Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacağını və bunun ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacağını bildirib.

Comment here