DünyaMANŞETÜSTÜ

Trampın bəyanatı Kremli əndişəyə saldı – ABŞ bu müqavilədən çıxacaq

Trampın bəyanatı Kremli əndişəyə saldı – ABŞ bu müqavilədən çıxacaq

Trampın bəyanatı Kremli əndişəyə saldı – ABŞ bu müqavilədən çıxacaq

Rusiya ABŞ prezidenti Donald Trampın Orta və Yaxın Mənzilli raketlər haqqında Müqavilədən çıxacağı ilə bağlı verdiyi bəyanatdan ciddi narahatlıq keçirdiyini bəyan edib.

Fakttv.com Avropa.info-a istinadən xəbər verir ki, Rusiya ABŞ-ın strateji hücum silahları və Orta və Yaxın Mənzilli raketlər haqqında Müqavilə ilə bağlı sərgilədiyi mövqeyə öz reaksiyasını verəcək.

Belə bir açıqlama ilə Rusiya XİN başçısı Sergey Lavrov çıxış edib.

“Biz ABŞ-ın öz cavablarını təqdim etməsində maraqlıyıq. Öz növbəmizdə məsələ ilə bağlı reaksiya verəcəyik”-Lavrov vurğulayıb.

Lavrov bəyan edib ki, ABŞ-ın adı çəkilən müqavilədən çıxması əks hərəkətlə qarşılaşacaq. O deyib ki, ABŞ adı çəkilən müqavilənin şərtlərinə riyaiət etməlidir.

 

Comment here