ManşetMANŞETÜSTÜ

Trampdan Paşinyana məktub: “Qarabağ münaqişəsi həll edilməlidir”

Trampdan Paşinyana məktub: “Qarabağ münaqişəsi həll edilməlidir”

Trampdan Paşinyana məktub: “Qarabağ münaqişəsi həll edilməlidir”

ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana təbrik məktubu ünvanlayıb.

Avropa.info erməni mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti məktubunda ölkələr arasında ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə ümid etdiyini vurğulayıb.

Tramp Paşinyanla çoxşaxəli sahələr üzrə qarşılıqlı maraqlar əsasında, ticari əlaqələrin möhkəmlənməsi, demokratik institutlar, regional təhlükəsizlik, korrupsiyaya qarşı birgə mübarizə aparmaq niyyətində olduğunu dilə gətirib.

“Baş nazir seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Sizinlə qarşılıqlı maraq doğuran bir çox sahələrdə, o cümlədən ticari əlaqələrimizin inkişafı, demokratik institutların gücləndirilməsi və regional təhlükəsizlik sferalarında birgə işləməyi gözləyirəm”, -deyə məktubda qeyd olunub.

Tramp eyni zamanda Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində də Paşinyanla əməkdaşlıq etmək arzusunda olduğunu bildirib.

“İkitərəfli münasibətlərimizin inkişafına korrupsiya ilə mübarizədə irəliləyiş, Ermənistanda siyasi partiyaların ölkə həyatında rolunun gücləndirilməsi və Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli qatqı verə bilər”, – Tramp vurğulayıb.

Avropa.info

Comment here