ManşetMANŞETÜSTÜ

Tramp və Mey razılaşdı: Rusiyaya qarşı Quta planı

Tramp və Mey razılaşdı: Rusiyaya qarşı Quta planı

Tramp və Mey razılaşdı: Rusiyaya qarşı Quta planı

ABŞ Prezidenti Donald Tramp Britaniya Baş naziri Tereza Meyə zəng edib.

Fakttv.com axar.az-a istinadən xəbər verir ki, tərəflər telefon danışığı zamanı Suriyanın Şərqi Quta bölgəsindəki böhranı müzakirə ediblər. Hər iki lider Qutadakı vəziyyətin insanlıq dramı olduğunu vurğulayaraq, böhranın yaranmasında Əsəd qüvvələrinə dəstək verən Rusiyanın günahkar olması haqda ortaq fikrə gəlib.

Tərəflər Qutaya təşkil edilən hücumları dayandırmaq və mülki şəxsləri qorumaq üçün hərəkətə keçməklə bağlı qərar veriblər.

Qeyd edək ki, Bəşər Əsəd qüvvələrinin Suriyanın Şərqi Quta bölgəsinə təşkil etdiyi ardıcıl hücumlar nəticəsində aralarında azyaşlıların olduğu xeyli insan həlak olub.

Comment here