DünyaManşetMANŞETÜSTÜ

Tramp Putinlə birgə keçirdiyi mətbuat konfransında amerikalıları “səfeh” və “axmaq” adlandırdı, ABŞ kəşfiyyatı, siyasilər şokda – “Tramp vətən xainidir, Putinə əsir düşüb”

Tramp Putinlə birgə keçirdiyi mətbuat konfransında amerikalıları “səfeh” və “axmaq” adlandırdı, ABŞ kəşfiyyatı, siyasilər şokda – “Tramp vətən xainidir, Putinə əsir düşüb”

Tramp Putinlə birgə keçirdiyi mətbuat konfransında amerikalıları “səfeh” və “axmaq” adlandırdı, ABŞ kəşfiyyatı, siyasilər şokda – “Tramp vətən xainidir, Putinə əsir düşüb”

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşün yekunu olaraq keçirdiyi mətbuat konfransında Vaşinqtonun Moskva ilə əlaqələrinin normallaşdırılmasının əleyhdarlarını kəskin tənqid edib.

Fakttv.com Avropa.info-istinadən  xəbər verir ki, Tramp münasibətlərin pisləşməsinə görə hər iki ölkənin məsuliyyət daşıdığını bildirib .

“Hesab edirəm ki, bu məsələdə ABŞ özünü çox axmaqcasına aparıb. Biz hamımız axmaq olmuşuq”- Tramp belə deyib.

Trampın sözlərinə görə, Rusiya ilə dialoq çoxdan başlanmalı idi.

“Bizim böyük işlər görmək üçün, xüsusən də nüvə silahının tərksilah olunması istiqamətində çox geniş imkan və şanslarımız var”-Tramp bəyan edib.

Tramp eyni zamanda hesab edir ki, Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən seçkilərə müdaxiləsinin araşdırılması barədə irəli sürülən təkliflər iki ölkə arasındakı münasibətlərə mənfi təsir edib: “

Bu bizi parçalayıb. Hər hansı gizli danışıq olmayıb. Bu sadəcə bizim üçün biabırçılıqdır”.

Qeyd edək ki, Trampın bu açıqlamaları ABŞ-da ciddi narazılıqlara səbəb olub. ABŞ mediası və siyasilər, xüsusi xidmət orqanları Trampın açıqlamalarını sərt tənqid ediblər. Trampın sərgilədiyi mövqeyi ABŞ maraqlarına zidd adlandırıblar. Hətta amerikalılar Trampı verdiyi bəyanatlara görə, satqınçılıqda ittiham etməkdən çəkinməyiblər.

Nüfuzlu senator  Con Makkeyn Trampın Putinlə görüşünü “faciəvi səhv” adlandırıb. Makkeynin sözlərinə görə, Helsinkidə baş tutan mətbuat konfransı ABŞ prezidentinin ən biabırçı çıxışlarından biri idi. Onun fikrincə, Trampın atdığı addımların zərərini hesablamaq çətindir:

Картинки по запросу makkeyn

Con Makkeyn

“Prezident Tramp nəinki Putinə müqavimət göstərə bilmədiyini, hətta bunu etmək istəmədiyini də nümayiş etdirdi. Belə təsəvvür yaranırdı ki, Putinlə Tramp eyni ssenari üzrə çıxış edirdilər”.

Makkeyn qeyd edib ki, baş verənləri hazırlıqsızlıq və təcrübəsizlik kimi amillərlə izah etmək düzgün deyil:

“Bu, prezidentin şüurlu seçimi idi. Deyəsən o, Putin rejimi ilə isti münasibətlərə dair hallyusinasiyalarını reallığa çevirmək niyyətindədir”. 

Konqresmen Stiv Koen isə öz Twitter səhifəsində “ Bizim hərbçilərimiz haradadır? Ali Baş komandan düşmənlərin əlindədir!” mesajı atıb.

Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq şefi Con Brennan isə “ Trampın Helsinkidəki mətbuat konfransı ciddi cinayətdri və bu şəraitdə ABŞ prezidentinə impiçment elan etmək olar” deyib. Sabiq MKİ şefi Trampın bu görüşünü vətənə xəyanət kimi dəyərləndirib:

Картинки по запросу CİA Brennan

Con Brennan

“Bu, həqiətən də vətənə xəyanət idi. Tramp bütövlükdə Putinin cibində olan adamdır. Respubliakçı vətənpərvərlər, bəs, siz hardasınız?”

ABŞ nümayəndələr palatasının spikeri, respublikaçı Pol Rayan rəsmən Donald Trampı ittiham edib:

“Prezident başa düşməlidir ki, Rusiya bizim müttəfiqimiz deyil. ABŞ və Rusiya arasında hər hansı mənəvi dəyərlər mövcud deyil, əksinə bizim ən əsas dəyərlərimizə və idellaırmıza düşəməndir.”

 

Comment here