DünyaMANŞETÜSTÜ

Tramp maliyyə nazirini kral Salmanla görüşə göndərdi

Tramp maliyyə nazirini kral Salmanla görüşə göndərdi

Tramp maliyyə nazirini kral Salmanla görüşə göndərdi

Donald Tramp Məhəmməd bin Salmanla görüşmək üçün ABŞ-ın maliyyə və xəzinə naziri Steven Mnuchini ər-Riyada göndərib.

Fakttv.com Avropa.info -a istinadən xəbər verir ki, ABŞ prezidenti Tramp Səudiyyə Ərəbistanı ilə gələcək əməkdaşlıq perspektivlərini bu ölkəyə göndərib.

Xüsusi ilə onu qeyd etmək lazımdır ki, ötən həftənin sonunda maliyyə və xəzinə naziri Steven Mnuchin dövlət katibi Maykl Pompeo və Trampla bir araya gəldikdən sonra oktyabrının 23-də Səudiyyə Ərəbistanına planlaşdırdığı səfəri təxirə saldğını bəyan etmişdi.

Amerikalı nazir öz sosial şəbəkə hesabından bəyan etmişdi ki, 23-24 oktyabrda Ər-Riyada planlaşdırıdığı səfəri təxirə salır və Gələcəyə Sərmayə Təşəbbüsü “Çöldə Davos” sammitində iştirak etməyəcək. Lakin ABŞ ənənəvi strateji siyasətinə sadiq qalaraq, Yəməndaki vətəndaş müharibəsi və jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı Səudiyyə Ərəbistanına təzyiqlər etmələrinə baxmayaraq, bu ölkənin pulundan vaz keçməyəcəyini bir daha ortaya qoydu.

Ər-Riyada səfər edən amerikalı nazir vəliəhd Məhəmməd bin Salmanla bir araya iki ölkə arasındakı strateji ortaqlıq məsələləri müzakirə edilib.

Görüşdə həmçinin iki ölkə arasındakı ticari, sərmayə məsələləri, terrorun maliyyələşdirilməsi, korrupsiya ilə mübarizə məsələləri müzakirə edilib.

 

Comment here