DünyaManşetMANŞETÜSTÜ

Tramp Kim Inla təkbətək görüşmək istəyir

Tramp Kim Inla təkbətək görüşmək istəyir

Tramp Kim Inla təkbətək görüşmək istəyir

ABŞ prezidenti Donald Tramp Cənubi Koreya lideri Mun Çje İn tərəfindən Şimali Koreya lideri Kim Çen Inla iyunun 12-də Sinqapurda planlaşdırlan görüşünə onun və Yaponiya baş naziri Sindzo Abenin qatılması barədə səsləndirdiyi təklifi dəstəkləməyib.

Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Şimali Koreya lideri ilə təkbətək görüşünün daha effektli olacağı qənaətindədir və ona görə də təklikdə görüşmək istəyir.

Tramp “Reuters”ə müsahibəsində isə deyib ki, Kim Çen Inla bir neçə görüş keçirdikdən sonra nüvə silahından imtina etmək barədə saziş imzalamaq mümkün ola bilər.

Tramp Pxenyanın daha qısa bir zamanda istənilən saziş çərçivəsində nüvə proqramından imtina etmək arzusunda olduğunu dilə gətirib: “Düzdür, mən belə bir sazişin imzalanmasını elə ilk görüşdə həll olunmasını istərdim. Lakin çox vaxt belə sənədlər bir görüşdə öz həllini tapmır. Bunun üçün bir neçə görüşün keçirilməsinə zərurət var”.

Comment here