GündəmManşetMANŞETÜSTÜ

Tramp Hindistan səfərindən imtina etdi

Tramp Hindistan səfərindən imtina etdi

ABŞ prezidenti Donald Tramp rəsmi Nyu-Delinin 2019-cu il yanvarın 26-da Hindistana səfər  dəvətinə rədd cavabı verib.

Fakttv.com-ın xəbərinə görə, həmin gün Hindistanda Respublika Günü qeyd olunacaq.

Hadisə ilə bağlı Hindistan XİN heç bir açıqlama verməyib. Nyu-Delidəki ABŞ səfirliyi də hələlik susqunluğu pozmayıb.

Trampın Hindistan səfərindən imtinası iki dövlət arasında son zamanlar bir sıra geosiyasi məsələlərə dair fikir ayrılığı ilə izah olunur. ABŞ-ın tələblərinə məhəl qoymayan Hindistan nə İran neftindən imtina edib, nə də Rusiyadan C-400 raket-zenit qurğularını almaqdan.

Comment here