MANŞETÜSTÜ

Toyuqlara yumurtlamaq qadağan edildi

Cənubi Koreyada bir fabrikdə yumurtada böcək dərmanı fipronilin (zəhərli maddə, böcəklərin mərkəzi sinir sistemini pozur) aşkarlanması nəticəsində ölkədəki bütün quşçuluq müəssisələrində yumurta istehsalı qadağan edilib.

Artıq Niderland, Bolqarıstan, Almaniya və Fransada bu maddədən istifadə edən quşçuluq fabriklərinin fəaliyyəti dondurulub.

Qeyd edək ki, müəssisələrin məhsulları İsveçrə, Böyük Britaniya, İrlandiya, Avstriya, Lüksemburq, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, İsveç və Honkonqa satılıb.
Cənubi Koreyanın Kənd Təsərrüfatı, eləcə də Ərzaq və Kənd İşlər Nazirliyinin açıqlamasına görə, paytaxt Seulun şərqində yerləşən quşçuluq fabrikində fiproniliddən istifadə edildiyi bəlli olub.

Comment here