ManşetMANŞETÜSTÜ

Tohid İbrahimbəyli, din adı altında silahlı qruplaşma və Suriya bataqlığı – Gəncə terrorunun arxasındakı güclər ifşa olunur

Tohid İbrahimbəyli, din adı altında silahlı qruplaşma və Suriya bataqlığı – Gəncə terrorunun arxasındakı güclər ifşa olunur

Tohid İbrahimbəyli, din adı altında silahlı qruplaşma və Suriya bataqlığı – Gəncə terrorunun arxasındakı güclər ifşa olunur

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd və 2 yüksək rütbəli polis əməkdaşının qətlə yetrilməsi ilə nəticələnən terror aktı ifşa olunub.

Fakttv.com Avropa.info-ya istinadən  xəbər verir ki, Gəncə icra başçısına qarşı terror aktı törətmiş Yunis Səfərovu hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərmiş Tohid İbrahimbəyli haqda məlumatlar da yayılıb. Tohid İbrahimbəylinin İranda dini təhsil alan azərbaycanlı tələbələri Suriyaya döyüşlərə göndərdiyi üzə çıxıb.

Tohid İbrahimbəyli ile ilgili görsel sonucu

Məlumatlara görə, T. İbrahimbəyli 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində Qum və Məşhəd şəhərlərində dini təhsil alan 14 nəfər azərbaycanlı tələbəni  “Hüseyniyyun” (Hüseynçilər) adlı silahlı dəstənin  tərkibində Suriyaya göndərmək niyyətində olduğunu bildirib. T. İbrahimbəyli həmin 14 tələbəni əvvəlcə Qum şəhərində  İsgəndər Hüseynovun iş yerində (“Nur” Tərcümə Müəssisəsi) toplayıb, 1 gün gözlədikdən və təlimatlandırdıqdan sonra Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında yerləşən hərbi hissəyə aparıb. Dəməşq şəhərində olarkən T.İbrahimbəyli onları təkcə İŞİD-lə mübarizəyə deyil, həm də Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduqlarını bildirib.

Tohid İbrahimbəyli ile ilgili görsel sonucu

25 günlük təlimdən sonra onlar 4-5 nəfərlik qruplara ayrılıb, T.İbrahimbəyli bu qruplardan biri ilə Suriyanın Tedemor şəhərinə gedib. Həmin şəhərdə 20 gün qaldıqdan sonra T.İbrahimbəylinin olduğu qrup Məşhəd şəhərinə qayıdıb. Bir müddətdən sonra T.İbrahimbəylinin təklifi ilə hərbi təlim keçmək üçün həmin qrup yenidən Suriyaya gedib. Həmin tələbələrdən biri olan Elmir Zahidov 10 gündən sonra hərbi təlimdən imtina edərək Məşhəd şəhərinə geri qayıdıb. E.Zahidov həmin təlimdən imtina etdiyinə görə təhsil aldığı Xoi mədrəsəsinin rəhbərliyi tərəfindən sıxışdırılıb və T. İbrahimbəyli tərəfindən təhqir edilib. E.Zahidov 2018-ci ilin iyun ayında təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb. Digər tələbələr isə Suriyada hərbi təlimdə iştirak ediblər.

Bundan öncə, mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal təriqətçilərə məxsus “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib.  Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bir sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilib. İstintaq zamanı Taleh Həsən oğlu Göyüşov və Tohid İbrahimbəylinin yaxın qohumları Həbib Əkbər oğlu İbrahimli, Pərviz Əlimusa oğlu Musayev, Elmir Savadxan oğlu Ziyadovun Yunis Səfərovla birgə Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu ilin 10 iyul tarixində Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub.  Qeyd edilən şəxslər 14 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

Tohid İbrahimbəyli haqda bilinən odur ki,  2011-ci ildə İsrailin Azərbaycandakı səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında polis tərəfindən saxlanılıb. Həmin vaxt məhkəmənin qərarı ilə 7 sutka həbs verilib. Onun həmin ilin iyulunda Gəncə şəhərində saxlanıldığı haqda da bilgilər var. Bildirilir ki, o zaman Tohid İbrahimbəyli Gəncə şəhər Nizami rayon Polis Şöbəsinə aparılıb və Gəncə şəhər Nizami rayon Məhkəməsi barəsində 5 günlük həbs-qətimkanı tədbiri seçilib. Hələ o zaman Tohid İbrahimbəyliyə çevrilişə cəhd ittihamı irəli sürüləcəkmiş, lakin son anda qərar verilməyib. 5 günlük cəza müddəti başa çatandan sonra isə onu Gəncədən çıxarıblar.

Lənkəranda anadan olmuş Tohid İbrahimbəylinin atası Alim İbrahimovun ötən əsrin 90-cı illərindən İrana köçərək orada dini mərkəzlərdə dərs deməsi xəbəri də var. Tohid İbrahimbəylinin də 2011-ci ildən İrana köçərək orada məskunlaşdığı deyilir.

Qeyd edək ki, Suriyadakı İran dəstəkli qrupların tərkibində azərbaycanlıların vuruşması isə yeni xəbər deyil. 2014-cü ildə Avropa.info saytı başda olmaqla, ölkənin bir sıra tanınmış saytları İranın Qum şəhərinə gedən, oradan da Suriyaya savaşa göndərilən azərbaycanlılar haqda yazılar dərc etmişdi. Hətta media Suriyada İran dəstəkli qrupların tərkibində vuruşan və öldürülən 8 azərbaycanlının adlarını açıqlamışdı.

Həmin məlumatlarda qeyd olunurdu ki, Əsədə dəstək üçün gedən Azərbaycan vətəndaşları əvvəlcə ya həkimə getmək, ya ziyarət, yaxud da digər müxtəlif bəhanələrlə İrana sərhədini keçirlər.

“Buradan Qum şəhərinə yollanır və İranın xüsusi xidmət orqanlarının nəzarəti altında təlim düşərgələrinə aparırlar. Təlim düşərgələrində müharibəyə aid ibtidai biliklər-silah tutmaq və digər partlayıcı maddələrdən istifadə qaydaları öyrədilir. Hazır vəziyyətə gətirildikdən sonra isə “Hizbullah”ın , ya da daha çox  işsizlikdən İrana üz tutmuş əfqanlardan ibarət olan “Fatimiun biriqada”sının tərkibinə daxil edilirlər. İran Suriya ilə sərhədə malik olmadığı üçün, tranzit olaraq İraq seçilir.

Məlumatlara görə, Bakının Nardaran və digər kəndlərindən, eləcə də cənub bölgəsindən Suriyaya döyüşməyə gedənlər çoxluq təşkil edir. İranın Qum şəhərinin 20 kilometrliyində yerləşən hərbi bazaların birində Suriyaya göndərilən azərbaycanlılara təlim keçilir. Onların arasında Qumda dini təhsil alan azərbaycanlıların da olduğu bildirilir”-2014-cü ildə ölkə mətbuatı belə yazırdı.

Bir neçə il öncə isə Türkiyə mətbuatı Türkmən dağı uğrunda döyüşlərdə Bayırbucaq türkmənlərinə qarşı İran dəstəkli qrupların tərkibində döyüşən azərbaycanlıları olduğunu yazmışdı.

Göründüyü kimi, bəzi Azərbaycan vətəndaşlarının Qum vasitəsi ilə Suriyaya aparılması və İran dəstəkli qrupların tərkibində vuruşması yeni xəbər deyil.

 

Comment here