ManşetMANŞETÜSTÜ

Tanınmış xanəndə iftar süfrəsi açdı – FOTOLAR

Tanınmış xanəndə iftar süfrəsi açdı – FOTOLAR

Tanınmış xanəndə iftar süfrəsi açdı – FOTOLAR

Xalq artisti Alim Qasımovun tələbəsi, tanınmış muğam ustası, istedadlı xanəndə Mütəllim Dəmirov sənət dostlarını, jurnalistləri iftar süfrəsində bir araya gətirib.

Avropa.info cebhe.info-ya istinadən xəbər verir ki, Badamdardakı “Karat” ailəvi istirahət mərkəzində baş tutan tədbirdə ustad sənətkar Ağakərim Nafiz, xanəndələr Mütəlim Dəmirov, Mirələm Mirələmov, Zeynal Əhmədov, 4-cü televiziya Muğam müsabiqəsinin mükafatçısı  Babək Şuşalı, ustad qəzəlxan Arif Buzovnalı, Kərbəlayi Zülfüqar Həbibi, şair Vüqar Əhməd, bədii qiraət ustaları Fərəc Əliyev, Məhəmməd Cəbrayıllı, jurnalistlər İlqar İlkin, Elman Cəfərli, Əli Zülfüqaroğlu, Elnur Eltürk, Qarabağ qazisi Xanoğlan Heydərov iştirak ediblər.

Muğam və bədii qiraət ustalarının maraqlı çıxışları tədbirə rəngarənglik qatdı.

Comment here