GündəmMANŞETÜSTÜ

Tanınmış vəkildən xəbər var

Qanunla.az azpolitika.info-ya istinadən xəbər verir ki, tanınmış vəkil Adəm Məmmədov “Lider” telekanalında yeni layihə həyata keçirməyə başlayıb. Ötən həftədən başlayaraq, hər bazar günü onun təqdimatında “Lider” telekanalında “Hüquq və Ədalət” adlı televiziya verilişi yayımlanır.

Verlişin ilk buraxılışı ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Həm də hüquqi baxımdan maarifləndirici xarakkter daşıyan verliş son illərin ən uğurlu televiziya layihələrindən biri olmağa iddialıdır.
Artıq böyük bir hüquq layihəsi kimi qəbul edilən “Hüquq və Ədalət” verilişinin növbəti çəklişi uğurla yekunlaşıb. Bu barədə məlumatı vəkil Adəm Məmmədov öz Facebook səhifəsində məlumat verib.
Verilişdə ölkənin tanınmış vəkilləri Emil Bədəlov, Ənnağı Məmmədli və Türkel Süleymanlı ilə bərabər, “APA Holdinq”in prezidenti Vüsalə Mahir qızı iştirak etmişdi.
Bu bazar (01.10.2017 tarixində) axşam saat 22:00-da “Lider” televiziyası ilə tamaşaçıların görüşünə gələcək verilişdə son illər cəmiyyətin bəlasına çevrilmiş dələduzluq hallarının artmasının səbəbləri müzakirə olunacaq. Konkret cinayət əməllərindən söhbət açılacaq.

Verilişdə eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmiş, 3 il 4 ay müddətinə həbsdə saxlanılmış və vəkil Adəm Məmmədovun uzunmüddətli səyləri nəticəsində bəraət verilərək azadlığa buraxılmış Məlikov Arif Məmmədəli oğlu ilə bağlı cinayət işi haqda da süjet yayımlnacaq.

Artıq verilişin anonsu yayımlanıb. Həmin anonsu təqdim edirik:

Comment here