ManşetMANŞETÜSTÜ

Tanınmış idmançının 70 min pulunu oğurlayanlar hakim qarşısına çıxır

Tanınmış idmançının 70 min pulunu oğurlayanlar hakim qarşısına çıxır

Tanınmış idmançının 70 min pulunu oğurlayanlar hakim qarşısına çıxır

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda ittiham olunan Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Azad Məcidovun sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlunatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası avqustun 8-ə təyin edilib.

Qeyd edək ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb. Hadisədən bir neçə ay sonra idmançının evindən seyfi aparanlar – Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs ediliblər.

Oğurluqda ittiham olunan N.İsrafilov F.Əzizovanın rəfiqəsinin sevgilisi olub.

Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb.

Comment here