Manşet

Tanınmış gənc vəkil Adəm Məmmədov daha bir ailəyə sevinc bəxş etdi!

Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsinin 25 May 2015-ci il tarixli hökmü ilə AR CM-in 234.4.3-cü(narkotika, küllü miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək Məlikov Arif Məmmədəli oğlu 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2015-ci il qərarı ilə qüvvədə saxlanılmışdır.Lakin,Vəkil Adəm Məmmədov Bakı Apellyasiya Məkhəməsinin qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin cinayət  kollegiyası  25 aprel 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün  geri qaytarılmışdı.

22 sentyrabr 2017-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədirliyi ilə keçirilən məhkəmə baxışında  3il 4 ay müddətinə həbsdə saxlanılmış, Məlikov Arif Məmmədəli oğlunun təqsiri sübuta yetirilməyərək bəraət verilərək azadlığa buraxılmışdır.

Cinayət işinin hallarından və şahid ifadələridən məlum olur ki,istintaq orqanları bəzi nöqsanlara yol vermişdir.

Həm məhkum Arif Məlikovun həm də hal şahidləri qismində iştirak etmiş Ramil Ağayev  və Əli Kərimovun ifadəlirində göstərmişdi ki, A.Məlikov saxlanılması ittiham orqanının göstərdiyi kimi 18 iyun 2014-cü il tarixində deyil ,16 iyun 2014-cü il tarixdə həyata keçirilmişdir.Şahid Ə.Kərimov un üzərindən narkotik maddənin aşkar edilmədiyini göstərmişdir.Birinci instansiyası məhkəməsi tərəfindən isə qeyd edilmiş hallar araşdırılmamış,İfadələrdəki ziddiyətlərin aradan qaldırılması üçün heç bir tədbir görülməmişdi.

Qeyd edilən cinayət işi üzrə hal şahidi ifadə verərək bildirmişdir ki, polis əməkdaşından haqq aldığına görə yalan ifadə vermişdir. Həmçinin polis əməkdaşlarına işlədiyinə görə aylıq 310 manat əmək haqqı aldığını etiraf etmişdir.

Comment here