Gündəm

Taliban Qəznənin Qarabağ rayonunu ələ keçirdi

Əfqanıstanın Herat vilayətində 130 talib silahı buraxdıqlarını bildiriblər.

Huquqaz.com xəbər verir ki, Mərdan Nurzaya adlı komandirin rəhbərliyi altında silahdan imtina etdiklərini bildirən döyüşçülər buna əsas səbəb kimi xarici qoşunların ölkəni tərk etməsini və cihad üçün heç bir səbəbin qalmadığını göstəriblər.

Əfqanıstanın şimal bölgələrində isə toqquşmalar davam edir. Mətbuat dünən Talibanın 6 rayon mərkəzini ələ keçirdiyini yazıb. Bunların Faryab vilayətində Karamkul və Qrezvan, Uruzqan bölgəsində Çarçeno, Baqlan bölgəsində Tala və Barfak, Loqar bölgəsində Arza və Qəznə vilayətində Qarabağ rayonlarının olduğu bildirilib.

Comment here