ManşetMANŞETÜSTÜ

Tərəvəzin qiyməti sürətlə ucuzlaşır – Azərbaycanda

Tərəvəzin qiyməti sürətlə ucuzlaşır – Azərbaycanda

Tərəvəzin qiyməti sürətlə ucuzlaşır - AzərbaycandaÖtən illə müqayisədə tərəvəzlərin qiymətlərdə artım olsa da, aprel ayı və mayın ilk günləri ilə müqayisədə ucuzlaşıb.

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, bazarda kartofun qiyməti 40-60 qəpik arasında dəyişir. Soğanın isə 3 kiloqramı 1 manata satılır. Satıcılar bildirdilər ki, ötən ay bazarda kartof və soğan baxımından qıtlıq müşahidə olunsa da, bu ay bolluqdur. Bu isə qiymətlərin ucuzlaşmasına təsir edib.

Bazarda mövsümü meyvələrdən alça və çiyələyin qiyməti də ötən həftə, hətta 2 gün öncə ilə müqayisədə bir qədər ucuzlaşıb.

Hazırda bazarda çiyələyin kiloqramı 1-2 manat arasında dəyişən qiymətlə satılır. Xırda və bir qədər əzilmiş çiyələklər 1 manata, iri çiyələklər isə 1.5-2 manatadır.

Alçanın da qiyməti 2-2.5 manatadır. Satıcılar bildirdilər ki, iri alçaların (göycə) qiymətində ucuzlaşma var. Ötən günlərdə 4 manata satılan göycə hazırda 2.5 manatadır.

Pomidorun qiymətində də ötən ayla müqayisədə azalma var. Aprel ayında 5 manat və daha baha qiymətə satılan pomidor hazırda 2.3-2.5 manata satılır.

Xiyarın isə qiyməti 50-60 qəpiyə satılır. Satıcılar bildirdilər ki, qiymətlər növbəti günlərdə bir qədər də aşağı enəcək.

Marketlərdə isə kartofun kiloqramı 54-55 qəpiyə satılır. Pomidorun isə qiyməti növündən asılı olaraq 2.45-2.99 manatadır. Xiyar iri marketlərdə demək olar ki, bazar qiymətinədir. Belə ki, hazırda iri marketlərdə xiyarın kiloqramı 60-80 qəpikdir. Bibərin kiloqramı isə 3.4 manatadır. İri marketlərdə alça 4 manat 45 qəpik, çiyələk isə 2 manat 20 qəpiyədir.

Comment here