ManşetMANŞETÜSTÜ

Təhsil dedikdə nə başa düşülür (ÖZƏL)

Təhsil dedikdə nə başa düşülür?

Təhsil dedikdə nə başa düşülür? İnsanların bu haqda düşüncələri həmişə məni maraqlandırmışdır. Məsələn fərd özü üçünmü təhsil alır yoxsa cəmiyyət üçünmü? Kimdən soruşsaq “mən özüm üçün oxuyuram” deyər. Doğrudur. İnsan ilk növbədə özü və gələcəyi üçün oxumalıdır.Bəs bizim təhsilli gənclər-imiz üçün yetərincə mütəşəkkil bir cəmiyyət olmasa yetişmiş çoxsaylı savadlı kadrlarımızı necə qiymət-ləndirə bilərik? Amma cəmiyyəti də elə fərdin özü yaradır. Bəs yüksək səviyyəli cəmiyət üçün fərdi necə maarifləndirməliyik? Bu günkü məqaləm bu mövzular və suallar ətrafında cərəyan edəcək.
Ümumiyyətlə Azərbaycanda təhsilin səviyyəsi bir o qədər də ürək açıcı sayılmaz. Birincisi istifadə edilən metodik sistem, mənim fikrimcə, bir o qədər də əlverişli deyil. Hal hazırda orta məktəblərdə istifadə edilən Kurikulum təhsil sistemi bizim nəyimizə lazımdır? Amerikada istifadə olunur, düzdür, amma onlarla bizim aramızda yerlə göy qədər fərq var. Onlara orta səviyyəli təhsil lazımdırsa bizdə də elə olmalı-dır? “Özünü Kürə atmaq” məsələsidir lap. Amerikanlar özlərinə lazım olan “beyinləri alırlar”. Onlar üçün az fərq edər cəmiyyətə fərd yetişdirmək. Çünki artıq lazım olan cəmiyyət yetişib. Bəs bu bizdə belədir? Təbii ki yox. Götürək Ali təhsil ocaqlarını. Mən Azərbaycan Dillər Universitetinin tələbəsi olaraq,ingilis dili öyrənmək üçün kursa gedirəm. Əladır. Bəs bəzi universitetlərdə hələ də qalan test üsulu ilə imtahana nə deməli? Əzbərçi bir kadr nə dərəcədə savadlı fərddir? Bəzi universitetlərdə isə ödənişli fakultələrə giriş balı son dərəcə aşağıdır. Sizcə 300 balla müəllim olan biri gələcəkdə övladlarımıza nə qədər yaxşı təhsil verə bilər? Tələbə var ki, 500 balla daxil olub. Riyaziyyatdan 14 düz variant yazmaqla hal-hazırda riyaziyyat müəllimliyində təhsil alır. 200 balla 500 bal yığan tələbələr varki eyni auditoriyada oturur. Mənfi cəhətlər varki var. Saymaqla bitməz. İstəyirəm bir az da müsbətlərdən danışaq. Məsələn:Savadlı kadrlar o qədərdir ki,bütün müəssisələr dolub. Artıq yeni bitirmiş gənc nəsillərə yer yoxdur. Universitet bitirmiş yeni beyinlərimiz bazarda kartof satır. Fizika müəllimləri bankda mühasibatçı vəzifəsində çalışır. Sonra da deyillər ki,Ali təhsil ocaqlarımızı bitirən tələbələr niyə Azərbaycanda qalmır. Yaxşı. Biz cəmiyyətik. Bəs biz neyniyirik? Sizcə fərdinə bu cür münasibət göstərən cəmiyyət nə qədər təqdirəlayiqdir?Bəs biz nə edə bilərik?Bir çox məkanda bu fikirlərlə çıxış etsək deyərlər ki,bəs sizin təklifiniz nədir?Mən özüm də bu tip suallara rast gəlmişəm. Öncəliklə onu deməliyəm ki,uğurlu gələcəyə gedən yol elə təhsildən keçir. İlk növbədə isə ləğv edil-məsi vacib olan şeylərdən biri,məncə,universitetə qəbul imtahanının qruplar üzrə olmasıdır. Bir tələbə,bir fərd hər bir elmdən hali olmalıdır. 1-ci qrupa imtahan verən şagirdlər öz tarixini bilmirlər. Humanitar fənlər üzrə hazırlaşanlar fizika,kimya kimi elmlərdən məhrum olurlar. Elə bir gözün biri görür digəri kor qalır. Bu düzgündürmü? Əlbəttə yox. Bir çox şagirdlər bu fikirlə razılaşmaya bilər. Mən bunu hansısa şagirdə desəm deyəcək ki,insan beyni nə qədər informasiya tutar? Bəziləri də deyər ki insan hər sahədə mükəmməl ola bilməz. Ancaq nəzərinizə çatdırım ki,bizim ümumi orta məktəb bazasını bitirmiş bir şagird qruplar üzrə hazırlaşanda digər sahəni nəinki mükəmməl,heç orta səviyyəli də bilmir. Bəzilərində heç anlayış da olmur. Məncə bu məsələyə ciddi yanaşılmalıdır. Kuri-kulum təhsil sistemi isə işə yaramaz bir vaxt sərfidir.İnsanın dünyagörüşlü və təcrübəli bir fərd kimi yetişməsi üçün sadəcə təhsil kifayətdirmi?
Deyir: “çox gəzən çox bilər”. Savadlı,təcrübəli,cəmiyyətə yararlı vətəndaş olmaq üçün sadəcə ali təhsil kifayət etməz. Bunun üçün digər ölkələrlə tanış olmaq, onların mədəniyyəti, cəmiyyəti, təhsili, yaşayışı ilə tanış olmaq və onlarla bizim aramızda müqayisələr aparmaq lazımdır. Bunun üçün nə lazımdır bəs?Hə, gəldik xaricdə təhsil məsələsinə. Ən vacib məsələlərdən biridir. Amma pulu olan gedir savadı olan baxır. Deyir”Könlü balıq isdəyənin quyruğu suda gərək” Həm savadı həm də pulu olan isə ya azərbaycanlı olmayacaq ya da Azərbaycanda..

FAKTTV.COM Elnurə Elnur

Comment here